Bircə aydır doğulub
Kiçik qardaşım Xəzər.
O qucaqda döş əmər,
Beşiyində gecələr.
Qəribə qardaşım var,
Güldürürsən gülməyir.
Heç kimsəni tanımır,
Hələ heəç nə bilməyir.
Səsləyirəm danışmır,
Heç qırpmayır gözünü.
Baxır, görməyir səni,
Anlamayır sözünü.
Döş verir anam ona,
Yatır acana kimi.
Ağlayanda yəqin ki,
Deyir ver əmziyimi.
Soruşuram: – Ay nənə,
Niyə gülmür bu Xəzər?
Deyir hələ körpədir,
Heç nə bilmir bu Xəzər.