Bakımızda bir qala var –
Qalalardan baş qaladır.
Hər daşında sirlər yaşar,
Daş abidə, daş qaladır.
Bakımızda bir qala var-
Tarixlərdən yadigardır.
Qala yapan əcdadımın
Gələcəyə sözü vardır.
Bakımızda bir qala var-
Hər qalaya tay deyildir.
O Xəzərə keşik çəkir
Neçə əsr, neçə ildir.
Salamlayır al Günəşi,
Qəhrəmanlın qalasıdır.
Nəsillərdən-nəsillərə
O, yadigar qalasıdır.
10 iyun 1998