Qu­laq as vic­da­na – ikin­ci sə­sə

Niy­yə­tin, əmə­lin, ama­lın bəd­sə,
Sən la­zım de­yil­sən bil ki, heç kə­sə.
Hər ad­dım atan­da qal­sın ya­dın­da,
Qu­laq as vic­da­na – ikin­ci sə­sə.

Hə­yat yol­la­rın­da yı­xıl­san əgər,
Di­zi­nə döy­mə­yin hə­dər­dir, hə­dər.
Kim­sə yıx­ma­yıb­sa dərd et­mə bu­nu,
Özün gü­nah­kar­san, nə la­zım kə­dər?

Şax­ta­dan do­nan­da et­mə ahu-zar,
On­suz da vax­tın­da gə­lə­cək ba­har.
Za­man öz yo­luy­la ge­dir, unut­ma,
Qış­da yaz an­ma­ğın nə mə­na­sı var?

Gü­na­hın çox­dur­sa, küs­mə kim­sə­dən,
Uza­ğı gör­mə­din, axı ni­yə sən?
Tor­pa­ğa baş əyər bar­lı bu­daq­lar,
Əbəs­dir kö­mək­lik um­ma­ğın el­dən.

Özü­nə vur­ğun­luq qor­xu­lu bə­la,
İn­san­da sa­də­lik əbə­di ola.
Dö­şü­nə döy­mə­yin mə­na­sı yox­dur,
Bəd­xah aqil­lər­dən gə­lib dərs ala.

Bə­şər öv­la­dı­san, sax­la ya­dın­da,
Mə­na­sı yox şöh­rə­tin də, adın da.
Əda­lə­tə, hə­qi­qə­tə göz yum­san,
Hör­mət et­məz sə­nə öz öv­la­dın da.

Dün­ya­da kim sə­nə pis­lik elə­sə,
Qi­sas alım, de­yə gəl düş­mə bəh­sə.
Tap­şır İla­hi­yə tə­miz ürək­lə,
Bu sir­ri qo­ru sən, de­mə heç kə­sə.

Sə­ni ya­xın dost sa­yar­sa bir in­san,
Bu dost­lu­ğa gə­rək sa­diq qa­la­san.
Dost sö­zü­nü əgər de­sən yad­la­ra,
On­da gə­rək eti­bar­sız ola­san.

Dost dos­ta tən gə­rək de­yib ata­lar,
Tən de­yil­sə gen gə­rək, – de­yib ata­lar.
Dost­luq in­san­lı­ğın ali qa­nu­nu,
Ki­şi ki­mi ömr elə­yib ata­lar.

Bi­ri­ni ağıl­lı, arif gö­rən­də
Ça­lış onun ki­mi ola­san sən də.
Pa­xıl­lıq elə­yib qıs­qan­ma ona,
Gə­rək ib­rət dər­si ala­san sən də.

Düş­mən­lə haqq-he­sab kəs­mək is­tə­sən,
Qə­fil­dən ar­xa­dan onu vur­ma sən.
Qor­xaq ol­ma, məğ­rur da­yan üz-üzə,
Bəd­xah­la­rın cər­gə­sin­də dur­ma sən.

Dost olar­mı hər üzü­nə gü­lən­dən,
Hik­mət do­lu düz sö­zü­nə gü­lən­dən.
Dos­tu dar ayaq­da sı­na­maq gə­rək,
Dost olar yal­nız dost qəd­ri bi­lən­dən.

Mə­na­sı var­mı heç ara vur­ma­ğın?
Ki­min­sə qəl­bi­nə ya­ra vur­ma­ğın?
Ağ­rı­sı il­lər­lə du­yu­la­caq­dır,
Böh­tan­la si­nə­yə çə­ki­lən da­ğın.

Ağıl­lı, ka­mal­lı mö­min ol yal­nız,
Əs­li­nə, so­yu­na sa­diq qal yal­nız.
Ör­nək ol­sun mü­qəd­dəs­lər, aqil­lər,
Sən on­lar­dan ib­rət dər­si al yal­nız.

Nə di­lə­dim İla­hi­dən di­lə­dim,
Nə elə­dim elim üçün elə­dim.
Al­la­hı ça­ğı­ran dar­da qa­lar­mı?
Yol Haq­qın yo­lu­dur, o yol­la ge­dim.

Gö­zü du­man­la­nan in­san öv­la­dı,
Unut­du doğ­ma­nı, unut­du ya­dı.
İti­rib ağ­lı­nı ci­na­yət et­di,
Özü lə­kə­lə­di tə­miz bir adı.

Ar­tıq ta­mah baş ya­ra­caq kim bi­lir,
La­zım gəl­sə daş ya­ra­caq kim bi­lir,
İn­san­la­rı əy­ri yol­dan tə­miz­lik,
Doğ­ru yo­la qay­ta­ra­caq kim bi­lir.

Əgər uy­san hər ye­tə­nin fe­li­nə,
Xə­ya­nət edər­sən val­lah eli­nə.
Dü­şün sa­ba­hı­nı, yo­lu­nu az­ma,
Qoy doğ­ru söz gəl­sin mü­dam di­li­nə.

İla­hi­dir kai­na­tı ya­ra­dan,
Qoy ha­mı­ya kö­mək ol­sun Ya­ra­dan.
Hər kəs dərk elə­sə kim­dir, nə­çi­dir?
Səh­vi du­yar, tez qal­dı­rar ara­dan.

Bez­mə­sin dün­ya­dan bir­cə an in­san,
Qəl­bin­də qay­ğı­lar da­şı­yan in­san.
Mü­qəd­dəs bor­cu­nu ve­rir dün­ya­da,
Ölən­dən son­ra da ya­şa­yan in­san.

25 av­qust 2002
Ru­si­ya, İva­no­vo şə­hə­ri