Quşəppəyi

Budur, budur
Quşəppəyi.
Nə dadlıdır
Quşəppəyi.

Hər gün tapıb
Yeyir quşlar.
Gör nə gözəl
Əppəyi var.

Quşlar üçün
Bitir hər il.
Bu dağlarda
Quşəppəyi.

Qoy yesinlər
Çox bitibdir
Yaylaqlarda
Quşəppəyi!

Siz də bilin,
Ay balalar,
Çox sevirlər
Quşlər nəyi?

Bu yerlərdə
Hər bir quşun
Çörəyidir
Quşəppəyi!