Quşlar

Yem verirəm hər səhər,
Çox sevirəm quşları.
Qoy heç kəs uçurmasın,
Eyvana qonmuşları.

Oxuyurlar sübh çağı,
Oxuyurlar həvəslə.
Səhərlər mən yuxudan
Oyanıram o səslə.

Qulaq asıb doymuram
Quşların nəğməsindən.
Cəh-cəh edirlər qəsdən,
Dən verim onlara mən!