Quzuçuyam mən

Çıxardı quzuları
Baba tövlədən.
– Otar onları
Bir az, ay Elşən.
Əlində çubuq
Dilləndi oğlan:
– Onda balaca
Quzuçuyam mən?