Sən getdin…

Sən getdin, qəlbimdəki
Çağlayan təlatümü,
Ağrıları duymadın.
Sən getdin, bu könlümə
Həmdəm olub gözəlim,
Niyə məhəl qoymadın?

Sən getdin, demirəm ki,
Dövlətimi, varımı,
Ya incimi apardın.
Sən getdin, yalnız mənim
Atəşli ürəyimi,
Sevincimi apardın.

Sən getdin, söylə görüm,
Qəlbimdəki həyəcan,
Həsrət, intizar nədir?
Sən getdin, amma hələ
Sözlərin qulağımda,
Əksinsə gözümdədir.