Səni

 

Dünya gülür gözlərimdə,
Yuxumda görmüşəm səni.
Bal dadıyır sözlərim də,
Yuxumda görmüşəm səni.

Günəşlə bir oyanmışdın,
Şəfəqlərə boyanmışdın,
Əlində gül dayanmışdın,
Yuxumda görmüşəm səni.

Nur yağırdı baxışından,
O mənalı baxışın dan,
Mənim kimi odlara yan,
Yuxumda görmüşəm səni.

Sənli günlərimi andım,
Qarlı qışı bahar sandım,
Gah odlandım, gah da dondum,
Yuxumda görmüşəm səni.

Zirvələr var çənə həsrət,
Əli Vəkil sənə həsrət,
Kaş xəyala dönə həsrət,
Yuxumda görmüşəm səni.

22 dekabr 2000