Sənin təbəssümün

Hopub varlığıma məlhəmə dönür
Sənin təbəssümün, sənin gülüşün.
Kim deyir üzündə yox olur, sönür
Sənin təbəssümün, sənin gülüşün.

Dözəmmərəm qaşqabaqlı olsan, sən,
Dünya gülər, bil ürəkdən gülsən, sən,
Nə qədər şad edir məni bilsən, sən,
Sənin təbəssümün, sənin gülüşün.

Yaddaşıma, ürəyimə həkk olub,
Gülər üzün nə qəmlənib, nə solub,
Ülviyyətdən, məhəbbətdən doğulub
Sənin təbəssümün, sənin gülüşün.

Necə də yaraşır ürəkdən gülmək,
Xoş olur gülüşlə kədəri silmək,
Dilə gəlir ürəyimdə nəğmətək
Sənin təbəssümün, sənin gülüşün.

Anların gülüşlə ötüşsün hər gün,
Qəhqəhən dadıma yetişsin hər gün,
Yaranıb Əlini yaşatmaq üçün
Sənin təbəssümün, sənin gülüşün.

10 yanvar 2001