Sənsizlik

Sənsizlik nə yaman sarsıdır məni,
Hər anım lap aya, ilə dönübdür,
Unutmaq çətindir könül sevəni,
Ürəyim gərilmiş telə dönübdür.

Səni gözləyirəm həsrətlə yenə,
Gəl yox eylə sənsizliyin yükünü.
Ömür kitabının ilk vərəqinə
Yazaram qapımdan girdiyin günü.

20 noyabr 1974