Şahdağ

Azərbaycan dağısan,
Şahdağ deyirlər sənə.
Hamı istər seyr edə,
Qalxa qarlı zirvənə.

Yamacında dolanıb,
Gəzdikcə doymaq olmaz,
Yaşıl don geyinərsən,
Hər gələndə güllü yaz.

Səz fəxrisən Qubanın,
Şah vüqarın əyilməz.
Görən deyər qonaq gəl,
Bir də dolan, bir də gəz.

Çən fəxrisən Qubanın,
Ürəyində adını,
Könül verən yaşadar,
Ürəyində adını.

Unutmaq olmaz heç vaxt
Hey düşərsən yada sən.
Xalqımızın vüqarı,
Göz dağısan yada sən!