Nə istəyir görəsən?
Dərhal tapıb verəsən,
Dolandırıb həyətdə
Bir az əyləndirəsən,
Bəlkə bizi anlaya,
Bizi duya Samirə.
Kövrəlib öz-özünə
Ağlamaya Samirə!
Üzü gülər şıltağın
Nənsi səsləyəndə,
Büzər dodaqlarını
Xatirinə dəyəndə.
Tökər qaşqabağını
Birdən birə Samirə.
Doluxsunub bəs niyə
Əbəs yerə Samirə?
Üzü gülər, sevinər
Anasını görəndə.
Bütün oyuncaqları
Dörd yanına sərəndə.
Əlifbanı öyrənir
Bizim qəşəng Samirə!
Gözləri şəvə kimi,
Əlvan çiçək Samirə!
Çoxlu şeir söyləyir,
Girib yeddi yaşına,
Həyətin uşaqları
Yığışarlar başına.
Sabah doğma məktəbdən
Evə dönər Samirə!
Dərslərindən «beş» alıb
Hey öyünər Samirə!