Sarsıtdı məni

Həsrət, kədər atdı məni
Bir dənizin sahilinə.
Yamanca sarsıtdı məni,
Diz çökdürdü dönə-dönə.
Gözlərimə kədər qonub,
Qismətimə həsrət düşüb.
Ayrılığın dənizində
Boğulmuşam.
Dəniz boyda ayrılıqdan
Yox olmuşam.
Ürəyimdə daş olmusan,
Gözlərimdə yaş olmusan.
Yenə düşdüm möhnətə mən,
Tablaşıram həsrətə mən.
Bu yollarda yorulmuşam,
Gülüm, sənsiz heç olmuşam.
Sənsiz yollar yoxuş mənə,
Sənsiz bahar da qış mənə.
Sən yoxsan, sənli qəlbimlə
İndi danışan olmuşam.
Ürəyim şan-şan olmuşam.
Bircə onu anla, gülüm,
Sənin üçün doğulmuşam.
Həsrət, kədər atdı məni
Bir dənizin sahilinə.
Yamanca sarsıtdı məni,
Diz çökdürdü dönə-dönə.

2 noyabr 2000