Sev məni

Özgə yerdə yar axtarma,
Gülüm, sev məni, sev məni.
Sərvət gəzib, var axtarma,
Gülüm, sev məni, sev məni.

Ürəyimdə nəğmələrim,
Məhəbbətə sinə gərim,
Yoxa çıxsın dərdi-sərim,
Gülüm, sev məni, sev məni.

Saf arzum, say diləyim var,
Eşqə sadiq ürəyim var,
Neyləyəcək bizə əğyar?
Gülüm, sev məni, sev məni.

Olmasam da varlı, karlı,
Doğulmuşam etibarlı.
Eşqim ülvi, sevgim barlı,
Gülüm, sev məni, sev məni.

Əli Vəkil, aqil insan,
İnciməzsən heç vaxt ondan,
Yan, bu eşqin oduna yan,
Gülüm, sev məni, sev məni.

12 iyul 2002