Sevməsə…

Xeyri yoxdur nə dövlətin, nə varın,
Ər arvadı, arvad əri sevməsə.
Dünya düşər gözlərindən onların,
Ər arvadı, arvad əri sevməsə.

Belə yazı, qismət olur, neyləyək?
Hey söz olur, söhbət olur, neyləyək?
Aləm sanki zülmə olur, neyləyək?
Ər arvadı, arvad əri sevməsə.

Gülmür qəlbi, gülmür üzü qadının,
Nə eyləyir, bilmir özü qadının,
Hey nəm olur vallah özü qadının,
Ər arvadı, arvad əri sevməsə.

Zindan sanır bu aləmi ər-arvad,
Birgə çəkir dərdi-qəmi ər-arvad,
Yaşar qəfəsdə quş kimi ər-arvad,
Ər arvadı, arvad əri sevməsə.

Əfsanədir, saf məhəbbət cahanda,
Şirin vüsal, dotluq, ülfət cahanda,
Müsibətdir, lap musibət cahanda,
Ər arvadı, arvad əri sevməsə.

Hədər keçir, hədər günü onların,
Mənasız ötür hər günü onların,
Zəhər olur, zəhər günü onların,
Ər arvadı, arvad əri sevməsə.

22 iyul 1999