Sığırçın

Hə qaradır, həm ağdır,
Boynunun tükü parlar.
Onun da şən nəğməsi,
Onun da şən səsi var.

Qaranquşla sirdaşdır,
Onlarla bir gələr yaz.
Yuva qurar özünə,
Çöp daşıyar, yorulmaz.

Həvəslə cəh-cəh vurar,
Üzünü tutar göyə.
Xəbərdar edər eli
Bahar gəlibdir, deyə.

Soruşmayın bu qədər
Cəh-cəh vurur nə üçün?
Bahara nəğmə qoşan
Nəğməkardır sığırçın!