Sirdaş elə dağla məni, həyatım,
Gülüşünlə dağla mənihəyatım.
Hərdən gəlib sor halımı, nə olar,
Yoxla məni, yoxla məni, həyatım.
Yar məni axtarar, hey soraqlayar,
Çıxarma yadından, hey soraqla, yar.
Yar-yarı itirib-axtarsın gərək,
Sən də biləsən ki, axtaranın var.
Həsrət qılıncını çəkibdir yenə,
Ayrılıq qəddimi bükübdür yenə.
Ətrini güllərdən alıram indi,
Qəlbimə qaranlıq çökübdür yenə.
Tələsmə gəl dözək payıza qədər,
Qəm-qüssə, həyəcan hədərdi, hədər.
Payızda başlayır elin toyları,
Darıxma, bizi də təbrik edərlər.
Əğyar gəlib nə söyləsə, inanma,
Bu sevdanı, bu ilqarı gəl danma.
Paxıllar var hələ ulu dünyada,
Eşqinə sadi qol, gülüm, usanma.
Bələdəm mən sənin sədaqətinə,
İlahi arzuna, xoş niyyətinə.
Tapmışam qiymətli bir incini mən,
Könlümü əbədi vermişəm sənə.
Amandı, yox demə, razı ol, gülüm,
Ömrümün çiçəkli yazı ol, gülüm.
Dərdə dözəmmərəm əgər yox desən,
Dilimin ən şirin sözü ol, gülüm.
Bu baharla qoy gül açsın eşqimiz,
Qönçələnsin, ətir saçsın eşqimiz.
Əsgər kimi keşiyində dayanıb
Bir qoruyaq ilqarı biz, eşqi biz.
Yolunu bir də sal sən qapımızdan,
Qoy yolun düşməsin jen qapımızdan.
Uzaqdan-uzağa seyr edim səni,
Qəmli yox, gəlib keç şən qapımızdan.
Bu eşqin badəsi yarımdı, yarım,
Gəl onu şərbətlə sən doldur, yarım.
Qoy düşsün dillərə əhdimiz bizim,
Sənsən vəfadarım, sənsən dildarım.
1 oktyabr 2002