Şöhrət tacı ol

Deməyin ki, yaddır mənə,
İlham, qol-qanaddır mənə,
Qoy söyləyim dönə-dönə,
Eşqimin şöhrət tacı ol.

Baharım da, yayım da sən,
Hədiyyəm də, payım da sən,
Qəlb sirdaşım, tayım da sən,
Eşqimin şöhrət tacı ol.

Sevə bilməm hər yetəni,
Bəyənmişəm axı səni,
Unutmaram gül çöhrəni,
Eşqimin şöhrət tacı ol.

Belə işvə, naz harda var?
Üzün kim üz harda var?
Gözün kimi  göz harda var?
Eşqimin şöhrət tacı ol.

Əli Vəkil qələm çaldı,
Söz üstündə fikrə daldı,
Adın yaddaşımda qaldı,
Eşqimin şöhrət tacı ol.

30 yanvar 2003