Əsrin ilk günü

Yeni ilin, yeni əsrin son günü,
Əl verib, dostlaşıb sirdaş olduq biz.
Elin bayram günü, gözəllik günü,
Bir il də beləcə yaşa dolduq biz.

Dünyaya göz açan körpə kimidir,
Yeni ilimiz də, yeni əsr də.
Nədir töhfələri, nələr vəd edr?
Nələr baş verəcək yeni əsrdə?

Əsrin ömrü uzun, ilinki qısa,
Onların dostluğu bir il sürəcək.
İli sevəcəklər sülh ili olsa,
Bu əsr bir ildə nələr görəcək?

Bu gün qarşıladı bəşər onları,
Min ümid bəslədi hamı bu ilə.
Yaddaşa yazılar gözəl anları,
Müdriklər, aqillər gərəkdir elə.

Şeirim də bu ilin, əsrin ilk günü
Doğuldu onlarla həmsirdaş olsun.
Gülər görək insanların üzünü,
Nə qəlbdə qəm, nə də gözdə yaş olsun!

1 yanvar 2001
Rusiya. İvanovo şəhəri.