Tələbə qızın «Xatirə dəftəri»nə Avtoqraf

«Xatirə dftəri» qarşımda yenə,
Nə yazım mən onun səhifələrinə?

Qəlbimdə xoş hisslər, şirin arzular,
Ürəyimdə göylər qədər arzu var.

Xəyala dalmışam əlimdə qələm,
Könüllərə mehman olur sevinc, qəm.

Həqiqi dünyada, xəyay dünyada,
Sadiq yar həmişə düşəcək yada.

Biz gəldi-gedərik, yazılan qalır,
Sevənlər ilhamı yarından alır.

Gənclik – ömrümüzün ilk bahar çağı,
Məhəbbət həyatın yanar çırağı.

Cahanda sevilək, sevək ürəkdən,
Ayrıla bilmirsən arzu-diləkdən.

Tanrım bəxş eləyib bir ömür payı,
Vardır səmasının ulduzu, ayı.

Tale verən həmin payı qoruyaq,
Parlayan ulduzu, ayı qoruyaq.

Xatirə yazıram, yenə xatirə,
Sevilək bir kərə, sevək bir kərə.

Məhəbbət gül açıb qəlbdə boy atsın,
Xatirə ürəkdə xoş hiss oyatsın!

24 mart 2000