Lap beşinci
Mərtəbəyə
Qalxıb tənək.
Burularaq,
Əyilərək,
Sarılaraq
Dirəklərə,
Sanki göyə
Qalxıb tənək.
Bar gətirib
Üzərində
Salxımlar var.
Bax üçüncü
Mərtəbədə –
Rizvangilin
Eyvanında
Qara salxım
Yanır par-par.
Rizvan gedib
Evlərindən
Su gətirir.
Qoy suvarım
Deyir üzüm
Tənəyinin
Üstündəki
Salxımları.
Əyir üzüm
Tənəyini.
O üçüncü
Mərtəbədə
Su çiləyir
Yarpaqlara,
Salxımlara,
Bir də diqqət
Edə-edə
Su çiləyir.
Ana şıltaq
Rizvanını
Başa salır:
Deyir, oğlum,
Bilirsənmi
Tənək hara,
Köklər hara?
Torpaqdadır
Kökü onun.
Qoy torpaqdan
İçsin suyu
Yaşıl tənək.
Sən üzümü,
Əziz balam,
Suvarasan
Kökdən gərək!
18 avqust 1985
Pidsunda