Tərslikdən əl çək

Baxma yad sözə,
Danış, gül üzə,
Bir dön gəl bizə
Şad olsun ürək.

Peymanımız var,
Pozulmaz ilqar,
Ey sevimli yar,
Yola gəl görək.

Qalmışam yalqız,
Hardasan, ay qız,
Varmı insafsız,
Söylə, sənintək.

Gül bahar kimi,
Arzular kimi,
Gəl al qəlbimi,
Tərslikdən əl çək!

4 avqust 1999