Tökülən dolmur

Ana doğmayıbdır dünyada səni,
Tərlansan, mələksən göydən enmisən.
Görən ülvi sayıb dünyada səni,
Şölə saçan günəşmidir, sənmisən?

Sevda yollarının yolçusuyam mən,
Məhəbbət yolları hamar olmayır.
Əgər dönən olsan sən öz əhdindən,
Yaxşı bil tökülən bir də dolmayır!

Bu vurğun könlümün eşqi, pənahı,
Gəl ona dayaq ol, gəl yaşat, gülüm!
De səni tutmazmı Əlinin ahı?
Amandır dadına gəlib çat, gülüm!

27 yanvar 1984