Unutma

Gözəllərin gözəlisən,
Sən ellərin gözəlisən,
Dadlı, duzlu, məzəlisən,
Əhdi unutma, unutma.

Yandırıb-yaxırsan yaman,
Vallah dözmək deyil asan,
Gəl ol daim mənə mehman,
Əhdi unutma, unutma.

Məhəbbətdə nə yaş axı?
Üzür məni təlaş, axı?
Axır gözümdən yaş, axı?
Əhdi unutma, unutma.

Vurulmuşam ilk baxışdan,
Sən ağlımı aldın başdan,
Bu sevdanın oduna yan,
Əhdi unutma, unutma.

Məhəbbətə qadağa yox,
Dilənçitək sadağa yox,
Baxışların sinəmdə ox,
Əhdi unutma, unutma.

Səmimisən, mehribansan,
Nə məxluqsan, nə insansan,
İlahəsən, can alansan,
Əhdi unutma, unutma.

Bu intizar azdır mənə,
Bu ədalar nazdır mənə?
Yenə nəğmə yazdır mənə,
Əhdi unutma, unutma.

22 sentyabr 2000