Ürəkdən sevək

(mahnı)

Azərbaycan gözəldir,
Burda hər yan gözəldir.
Doğma anamızdır o,
Şirvan, Muğan gözəldir.

Dağları vüqarlıdır,
Bağçaları barlıdır,
Qonaq gəlin siz bura,
Bu el etibarlıdır.

Cənnətdir Lənkəranı,
Həm dağı, həm aranı.
Daşkəsənin Fərhadtək
Çoxdur dağlar yaranı.

Müstəqildir bu diyar,
Qonağıdır ilk bahar.
Vətənimin dünyada
Şanı var, şöhrəti var.

Şirvanı gəz, Milə gəl,
Kəpəzə, Göy gölə gəl.
Odlar yurdu əfsanə,
Qəlbin gələr dilə, gəl.

Bəslər bizi ana tək,
Dağı, düzü gül-çiçək.
Mehriban övladlarıq
Ürəkdən sevək gərək.

5 oktyabr 1998