Ürəyimdə

 

Anlaya bilmirəm, əzizim, nədən?
Yaşaya bilmədin sən ürəyimdə?
Yer tapıb, yurd salıb elə o gündən
Duman ürəyimdə, çən ürəyimdə.

Özgə bir kimsənin yeri yox orda,
Tənəli hər kəlmə oxdur, ox, orda,
Ülvi arzularım çoxdur, çox, orda,
Mən özüm mehmanam gen ürəyimdə.

Baxdıqca dünyadan doymayır gözüm,
Düzlük, sədaqətdir söhbətim, sözüm,
Hər an dərdləşirəm özümlə özüm,
Bir zaman sevincli, şən ürəyimdə.

Kimsə qınamasın qoy hədər məni,
Yaşadır həyatda nəğmələr məni,
Yamanca incidir bir eədər məni,
Ona yer vermişəm mən ürəyimdə.

Qəmgin Əli Vəkil sözün vurğunu,
Payızın vurğunu, yazın vurğunu,
Qəlbində dil açan sazın vurğunu,
Söyləyir: «Ay nəğməm, din, ürəyimdə».

5 fevral 2002