Dağlar, dənizlər var arada, gülüm,
İndi haradasan, harada, gülüm,
Sənsiz darıxmışam burada, gülüm,
Çoxdan görməyirəm üzünü sənin.
Dözmək olmur intizara, neyləyim?
Əlim çatmır sən dildara, neyləyim?
Tapılmayır dərdə çarə, neyləyim?
Çoxdan görməyirəm üzünü sənin.
Həsrət nədir, ayrılıq nə, bilirdim,
Bağlanmışam mən eşqinə, bilirdim,
Həyatsanmış gülüm, mənə, bilirdim
Çoxdan görməyirəm üzünü sənin.
Əli Vəkil üzməz yardan əlini,
Uzun etdin el içində dilini,
Canı qədər sevir doğma elini
Çoxdan görməyirəm üzünü sənin.
21 iyul 2002