Və­tən həs­rə­ti

El­dən ay­rı­la­lı iki ay ol­du,
Xə­yal­la­ra qərq ol­mu­şam nə ya­man.
Həs­rə­tin odun­da qəl­bim qov­rul­du,
Və­tə­nim çıx­ma­yıb bir an ya­dım­dan.

Mə­ni ha­ray­la­yır dal­ğa­lı Xə­zər,
Val­lah da­rıx­mı­şam xəz­ri üçün də.
Kön­lüm dil-dil ötən ka­ma­na bən­zər,
Ey­nim açıl­ma­yır toy­da, dü­yün­də.

Sa­çı­mı da­ra­mır Ba­kı kü­lə­yi,
Gəz­mək is­tə­yi­rəm sa­hil ba­ğın­da.
Ətir­li­dir yur­dun gü­lü, çi­çə­yi,
Ayaq iz­lə­rim var hər bu­ca­ğın­da.

Qə­lə­mə əl at­dım da­rı­xan za­man,
Və­tən mə­həb­bə­ti ho­pub söz­lə­rə.
Ya­nıb öz odu­ma kön­lüm as­ta­dan,
Gö­züm­də can­la­nıb ne­çə dağ de­yə.

Xə­ya­lən çıx­mı­şam yur­dun sey­ri­nə,
Ay­nam olub Göy gö­lü­mün si­nə­si.
Kə­pə­zin dö­şü­nə qalx­mı­şam ye­nə,
Mə­nə il­ham ve­rib quş­la­rın sə­si.

Do­laş­mı­şam yay­laq­la­rı do­yun­ca,
Qa­ra­ba­ğı seyr et­mi­şəm xə­ya­lən.
Yol ge­dib Kür­bo­yu, Araz bo­yun­ca,
Do­yam­ma­dım o yer­lər­dən ni­yə mən?

Özüm qür­bət el­də, qəl­bim Və­tən­də,
Qız­dı­ra bil­mə­dim bir an ye­ri­mi.
Mə­ni unut­ma­yıb yə­qin Və­tən də,
Qo­ru­yub qoy­nun­da nəğ­mə­lə­ri­mi.

An­mı­şam Ba­kı­nı, an­mı­şam hər an,
Əziz­dir o mə­nə doğ­ma ana­tək.
Bə­zən ay­rıl­sam da gen qu­ca­ğın­dan,
Onun həs­rə­tiy­lə çır­pı­nır ürək.

Və­tən­dən uzaq­da qəm­lə­nir hər kəs,
Ürək su­sur in­san de­yib-gül­sə də.
Tor­paq mü­qəd­dəs­di, ocaq mü­qəd­dəs,
Xey­ri yox, mə­lək­lər qo­naq gəl­sə də.

Gün­lər və­rəq­lə­nib aya çev­ril­di,
Nə­ha­yət ye­tiş­di göz­lə­di­yim an.
Həs­rə­tim çağ­la­yan ça­ya çev­ril­di,
Təy­ya­rə Və­tə­nə yön alan za­man.

Üzür göy sə­ma­da ha­va gə­mi­miz,
Aşa­ğı ba­xı­ram bu­lud­lar ötür.
Gö­yün, han­sı qa­tın­da­yıq in­di biz,
Bur­dan ye­rə qə­dər on bir min metr.

Biz­dən yu­xa­rı­da ana­mız Gü­nəş,
Bir də Qa­dir Al­lah – Ulu Tan­rı­mız.
Əbə­di hə­yat­da on­da­kı atəş,
Unut­maz mə­nim­tək qu­lu Tan­rı­mız.

Ye­rə boy­la­nı­ram, bu­lud­lar lay-lay,
Pam­bıq tə­pə­lə­ri, pam­bıq dağ­la­rı.
Gü­nəş şö­lə sa­çır, gö­rün­mə­yir Ay,
Ba­kı­ya tez­lik­lə enəy­dik ba­rı.

Uçur xə­ya­lım da, təy­ya­rə­miz də,
Pən­cə­rə önün­də öz ye­rim mə­nim.
Gör­sən­di dağ­lar da, də­rə də, düz də,
Göy­lər­də ya­ran­dı bu şei­rim mə­nim.

Xə­yal­dan o qə­dər çə­ləng hör­düm ki,
Gör­düm dü­şün­cə­lər oca­ğın­da­yam.
Bir də göz­lə­ri­mi açıb gör­düm ki,
Mən doğ­ma Ba­kı­nın qu­ca­ğın­da­yam.

26 av­qust 2002
Tu-154 təy­ya­rə­si