Var

Kəlbəcərin, Ağdamın deyiləsi sözü var,
Yadların tapdağında yurdun Cıdırdüzü var.

Düşmən gülləsi dəyib Xanqızının büstünə,
Şuşanın yollarında Pənah xanın izi var.

Vətənim Odlar yurdu, biz də odlar övladı,
Hər ürəyin atəşi, hər ürəyin közü var.

Aşıq Alı, Ağaşıq, bir də Dədə Ələsgər,
Onların söz incisi, yada qalan sazı var.

Doqquz iqlim yurdumun ilahidən töhfəsi,
Bol bəhrəli payızı, gül-çiçəkli yazı var.

Qismətimiz qəm-kədər, xəyanətlər baş aldı,
Hər gecənin onsuz da nurlu bir gündüzü var.

Əli Vəkil yaşayır Qələbə arzusuyla,
Yurdun onu gözləyən dərəsi var, düzü var.

18 aprel 2003