– Bu xalalar, bibilər
Neyləyirlər, ay ana?
– Onlar xalça toxuyur,
Göndərirlər hər yana.
Bu gözəl naxışları
Kim öyrədib onlara?
Toxunan xalçaları
Göndərirlər bəs hara?
– Anaları öyrədib
Qızlara bu naxışı.
Onlar əlbir işləyir,
Oturublar yanaşı.
Qızlar hazır xalçanı
Şəhərə göndərirlər.
Onları satmaq üçün
Mağazaya verirlər.
– Evdəki xalçamızı
Sən asmısan divardan.
Bu xalalar toxuyub
Yoxsa onu, ana can?
– Düzdür, qızım, onu da
Bu qızlar toxuyublar.
Xalçamızın adını
Onlar «Şirvan» qoyublar.
12 avqust 1985
Pidsunda