Yad­da qa­lan gün

Yer ta­pa bil­mir­dim özü­mə, inan,
Heç nə gö­rün­mür­dü gö­zü­mə, inan.

Hər şey mə­nim üçün adi­dən adi,
Hər şey mə­nim üçün ma­raq­sız idi.

Do­la­nır­dım su üs­tün­də gə­mi­tək,
Aç­mır­dı kön­lü­mü nə gül, nə çi­çək.

De­yir­dim gəl sus­ma, bir söy­lə gö­rək,
Mən­dən nə umur­san na­ra­hat ürək.

Duy­ğu­lar qəl­bim­də aşıb-da­şır­dı,
Ürək­də nə di­nir, nə da­nı­şır­dı.

Ürək co­şub çağ­la­yar­mış sən de­mə,
Ön­də şi­rin an­lar var­mış sən de­mə.

Qar­şı­ma çıx­dı­ğın o gün ya­dım­da,
Gü­lü­şün ya­dım­da, üzün ya­dım­da.

Gö­zəl­lə­şib göz­lə­rim­də kai­nat,
Yer ta­pıb­dır söz­lə­rim­də kai­nat.

O gün­dən kön­lüm­də toy­du, dü­yün­dü,
O gün yad­da qa­lan ta­ri­xi gün­dü.

21 av­qust 2002
Ru­si­ya, İva­no­vo şə­hə­ri