Yad edim

Sən məni unutma, deyirsən, gülüm,
Yadımdan çıxmırsan yad edim səni.
Dinlə sözlərimi bir də söyləyim,
Yadımdan çıxmırsan yad edim səni.

Gah yanımda, gah da ürəyimdəsən,
Gülüşümdə, ahda ürəymdəsən,
Oturmusan taxtda, ürəyimdəsən,
Yadımdan çıxmırsan yad edim səni.

Sənin ilə bir yazırıq şeirimi,
Doğma bilim ürəyimə mən kimi?
Dindirirsən könlümdəki hər simi,
Yadımdan çıxmırsan yad edim səni.

Ay həmdəmim, ay sirdaşım, mələyim,
Çiçək açır sənli arzum, diləyim,
Ürəyinlə bir çırpınır ürəyim,
Yadımdan çıxmırsan yad edim səni.

Yaddan çıxan, unudulan deyilsən,
Mənimləsən, tənha qalan deyilsən,
Heç kimsəyə meyil salan deyilsən,
Yadımdan çıxmırsan yad edim səni.

Gəl unutma sən də Əli Vəkili,
Zənn eləmə gendə, Əli Vəkili,
Görəcəksən öndə Əli Vəkili,
Yadımdan çıxmırsan yad edim səni.

6 oktyabr 2000