Yağsın qar

Köhnə ilin son günü
Rizvan durub yuxudan:
– Niyə yağmır qar? – deyir.
Yaxınlaşıb Yeni il,
Yetişib yanvar, – deyir.

İstəyirəm dağ-dərə
Tamam ağappaq olsun.
Şaxtababa düzəldim,
Qış bizə qonaq olsun.

Qoy qızarsın sifətim,
Qoy üşüsün əllərim.
Buz bağlasın kirpiyim,
Buz bağlasın tellərim.

– Ata, ata, ay ata,
Sən də söylə yağsın qar.
Qəribədir, qəribə,
Heç qarsız da qış olar?