Yarımın stiəmləri yetiribdir cana məni,
Qorxuram bu sevdadan eyləyə divanə məni.
Bilmirəm insafsızın qəlbi axı daşdı, nədi?
Gen dolanır yarından, qoyub yana-yana məni.
Çoxdu sevib-sevilən ulu dünyamızda bu gün,
Nədən yarım görəsən çəkir imtahana məni?
Eşqinə sadiq olub, yarə nəğmələr yazıram,
Sanki ilhama gəlir çəkcək o hər yana məni.
Dərd bilən vəfadarın yolunda candan keçərəm,
Eşidib sözlərimi sanmayın pərvanə məni.
Gözləri sevgilimin aynasıdır həyatımın,
Tanrı onu sevməyə göndərib cahana məni.
Əli Vəkil, deyəcək ellərə bu misraların:
Qapısına gətirib sevgimi dərmana məni.
10 iyun 2002