Yasəmən

Budaqdan üzər gözəllər səni,
Sevib əzizlər bu ellər səni,
Hər zaman istər könüllər səni,
Dolan əllərdə, dolan, yasəmən.

Qonaq gəlirsən gözəl mayla sən,
Heç vaxt doymayır qızlar ətrindən,
Könül oxşayan, əllərdə gəzən,
Tez açıb tez də solan yasəmən.

Sadiqsən hər an sən düz ilqara,
Bağışlar gənclər sevdiyi yara,
Dəstə bağlayıb verək dostlara,
Əhdinə sadiq qalan yasəmən.

May 1999