Yasdadı

Şəhidlərimizin xatirəsinə

Analar gözü yaşlı,
Doğma elim yasdadı.
Göydən qərənfil yağıb,
Əlvan gülüm yasdadı.

Elim, oba talandı,
Məzarlar sıralandı,
Dərd çəkən Savalandı,
Dağım, çölüm yasdadı.

Nələr andı göy Xəzər,
Dalğalandı gy Xəzər,
Qəmdən yandı göy Xəzər,
Çayım, gölüm yasdadı.

Qan ağlayır bu di yar,
Yasa batıbdır Qoşqar,
Ağı desin Şəhriyar,
Ana dilim yasdadı.

Dərdimi bil, a qardaş,
Ortaq ol, böl, a qardaş,
Gözümü sil, a qardaş,
Ayım, ilim yasdadı.

Yanvar 1992