Yerini soran olsa…

Gözəlim, sən nə qədər
Bəxtəvərsən, bəxtəvər.
Bax, qeydinə qalan da,
Sevginə əl çalan da,
Gündə can-can deyən də,
Sevib-əzizləyən də,
Mənəm, gülüm, tək mənəm.
Doğulmusan bazharla,
Ən şirin arzularla.
Gecə-gündüz bilmədən,
Yad edirəm səni mən.
Məhəbbətin qəlbimə
Bulaq kimi süzülüb,
Ətir kimi hopubdur.
Axı, eşqin bəkrədir,
Al günəşdən qopubdur.
Yerini soran olsa,
Səni axtaran olsa,
Deməsinlər arayaq
Bakının harasında?
Qoy söyləyim ünvanı:
Məhəbbətin könlümdə,
Sürətinsə, ay gözəl,
Gözümün qarasında!

1 avqust 1999