Yol polisi

(marş)

Qayğı göstərir ölkəmiz,
Ayıq dayan, yol polisi.
Çətinliyə sinə gər, döz,
Çıx sınaqdan, yol polisi.

Anda sadiq, ilqarı düz,
Xidmətdəsən gecə-gündüz,
Qaçammaz əyyaş, dələduz,
Heç bir zaman, yol polisi.

Sarsılmazsan darda da sən,
Sərt şaxtada, qarda da sən,
Dönə-dönə deyir əhsən! –
Doğma məkan, yol polisi.

Yolda qəzalar olmasın,
Gözlər qan-yaşla dolmasın,
Ömrün teli qırılmasın,
Axmasın qan, yol polisi.

Zolaqlı çubuq əlində,
Vətənə andın dilində,
İlin hər bir fəsilində
Ver imtahan, yol polisi.

Yol hərəkəti qaydası,
Sərxoş üçün yox faydası,
Sürücünün öz dünyası,
Halına yan, yol polisi.

Vətən sənə yandırır can,
Arxan olmuş hər bir zaman,
Təntisən tutar qolundan –
Azərbaycan, yol polisi!

1 avqust 2005