Yenə göylər sultanı Yoxa çıxdı üfüqdə. Közərmiş dəmir kimi Parıldadı üfüq də. O gizlətdi qoynunda Günəşi bu cahandan. Bəlkə elə onunçün Üfüqün yanaqları Yandı utandığından.