Əlim çatmır, ünüm yetmir,
Yuxumda görürəm səni.
Qəlbimi heç nə isitmir,
Yuxumda görürəm səni.
Evim qızmır nəfəsinlə,
Könlüm açılmır səsinlə,
Dinlə məni, bir də də,
Yuxumda görürəm səni.
Röya da insan ömrüdür,
Gecə yaşanan ömrüdür,
Tarixə dönən ömrüdür,
Yuxumda görürəm səni.
Yaşayıram xəyalınla,
Ürəyimi bir duy, anla,
Dərdi, qəmi bir duy, anla,
Yuxumda görürəm səni.
Yoxsa necə dözərdim mən?
Lap dunyadan bezərdim mən,
Arxanca hey gəzərdim mən,
Yuxumda görürəm səni.
Ayrılıqdan Əli sızlar,
Axı, tənha dözmür, ay yar?
Yuxunun çin olmağı var,
Yuxumda görürəm səni.
20 sentyabr 2000