Əzəl gündən gözəlliyə vurğunam

Əzəl gündən gözəlliyə vurğunam,
Oxlanmışam süzgün baxan göz ilə.
Dünyamıza, yerə, göyə vurğunam,
Ürək yaman dostlaşıbdır köz ilə.

Könlümün harayı, gizli sözü var,
Bir səs ona bü həsrətə döz, – deyir.
Məhəbbətin dərəsi var, düzü var,
«Hansı qəlbi yandırıbdır köz» – deyir!

Yurmala. 1 oktyabr 1982