Zəminin nəğməsi

Dalğalıyam dəniz tək,
Adım zəmidir, zəmi.
Kəhrəba buğdam ilə
Saxlayıram aləmi.

Ağ edərəm üzünü
Hər kim məni becərsə.
Utanmaz el yanında
Zəhmətə sinə gərsə.

Yetişəndə toplayın,
Torpağa düşməsin dən.
«Çörək bol olan zaman,
Basılmaz olur Vətən».

Dünən şumlayırdılar
Məni bellə, xış ilə.
Bu gün sinəmin üstə
Maşınlar gəlir dilə.

Müqəddəsəm əzəldən,
Mən həyatın özüyəm.
Zəm edin dünyanı,
Kainatın özüyəm!