Mən səni sevirəm

Mənəm sənə könül verən,
Hər görüşəndə gül verən.
Şıltaqlığa sinə gərən –
Mən səni sevirəm!

Mənim üçün bir dənəsən,
Qəlbimə hakim yenə sən.
Unutmaram, əzizlərəm –
Mən səni sevirəm!

Hər cəfana dözəm gərək,
Arxanca hey gəzəm gərək,
Vallah, billah, əsirinəm,
Mən səni sevirəm!

Tez-tez yada salmasan da,
Məni xəbər almasan da,
Arzum budur hər gün görəm –
Mən səni sevirəm!

Dünya gözəllə dolsa da,
Dərdimdən ölən olsa da,
Soraqlaram, hey izlərəm –
Mən səni sevirəm!

10 yanvar 2004