İlan

Yoxdur əlim, ayağım,
Bir qamçı boydayam mən.
Kimi çalsam çətindir
Xilas etmək ölümdən.

Qurbağanı, siçanı
Diri-diri udaram.
Heyvanların içində
Kirpiylə yoxdur aram.