Anılacaqdır

Mələklər gətirib göylərdən səni,
İstərəm həmişə görüm şən səni.

Bahar ətirlisən, baharın qızı,
Sevgi səmasının parlaq ulduzu.

Təmiz məhəbbətdən yazıram indi,
Gəl oxu şeirimi, nəğmə sənindi.

Bir də söhbət açım gözəlliyindən,
Mənim nə günahım, ürəkdir dinən.

Könlümü coşdurdun gülüşlərinlə,
Barı insafa gəl, aşiqi dində.

Bu dünya əbədi – biz gəldi-gedər,
Həyat mənasızdır sevməsən əgər.

İnsan gedərgidir, insan qonaqdır,
Nəğmə yaşayacaq, anılacaqdır.

Birlikdə qəmlənək, birlikdə gülək,
Sevginin, nəğmənin qədrini bilək!

12 iyul 2002
Rusiya, İvanovo şəhəri