Ay qız

Xoş gündə yaradıb səni təbiət,
Çöhrəndə gözəllik, gözündə hikmət,
İncitmə aşiqi, etmə qəbahət,
Oldun ülviliyin timsalı, ay qız.

Sən özün mələksən insan donunda,
Leyli də yalandı sənin yanında,
Təmiz məhəbbəti yaşat qanında,
Yaman həyalısan, həyalı, ay qız.

Sevgidə şaxta da, qar da var, gözəl,
Ürəkdə atəş də, qor da var, gözəl,
Həyatda tələ də, tər də var, gözəl,
Qoru saf eşqini, vüsalı, ay qız!
Yaman həyalısan, həyalı, ayqız!

22 aprel 1986