Azərbaycan ordusuna

Sən bu elin arzusundan yarandın,
Doğdu günəş, söküldü dan, yarandın,
Amalın sülh, sülhə mehman yarandın,
Ayıq-sayıq bu torpağı qoru sən.

Qələbə çal, hasil olsun muradın,
Milli Ordum, dildə gəzsin qoy adın,
Koroğlular, Babəklərdir əcdadın,
Kəlbəcəri, Qarabağı qoru sən.

Azərbaycan – Dədə Qorqud diyarı,
Özü kimi vüqarlıdır dağları,
Xəzan görməz bağçaları, bağları,
Bu cənnəti – bağça, bağı qoru sən.

Xətaitək sərkərdən var tarixdə,
Cəsarəti, adı yaşar tarixdə,
Cəsurları unutmayır tarix də,
Doğma yurdu, bu ocağı qoru sən.

Odlar oğlu, gəl səcdə qıl odlara,
Məğlub olma, zərbə endir yadlara,
Hörmət elə ən müqəddəs adlara,
Bu üçrəngli al bayrağı qoru sən!
Bu Vətəni, bu növrağı qoru sən.

12 iyun 2010