Bənna

Günəş öpür alnından
İş üstündə hər səhər.
Özün də yüksəlirsən
Bu evlərlə bərabər.

Sən də əsər yazırsan,
Daş sıra misraların.
İlhamlı şairisən
Bizim doğma diyarın.

Üşüsən də dözürsən
Sərt şaxtaya, küləyə.
Bu evlərdə balalar
Sabah şənlənsin deyə.