Bəs edər

Məcnunsayaq sevənə gülərüzlü canan bəs edər.
Nəğmə oxusa bülbülə bağı gülüstan bəs edər.

Məhəbbət düşkünlari, etibarsız olan var,
Ürəkdən sevən kəsə bir oda yanan bəs edər.

Bizə beşik bu dünya sevənlərlə dopdoludur.
Eşq əhlinə həyatda açıla meydan, bəs edər.

Aşiqlər qəlbdən sevib yetişsələr hər vüsala,
Məhəbbəti anlayan, mətləbi qanan bəs edər.

Ayrı düşsən yarından, darda qalsan əgər sən,
Qəlb sirdaşın həmin tutsa qolundan bəs edər.

Həsrətini çəkənlər yaşadırsa ürəyində,
Varsa səni yad edib, hər gün anan bəs edər.

Əli Vəkil, yaz yenə, sözlərin düşsün dilə.
Bircə nəğmən qəlblərdə olsa mehman bəs edər.

25 iyul 2002
Rusiya, İvanovo şəhəri