Bacılar

Evin yaraşığıdır
Gülyanaqlı iki qız.
Sevil bu gün çimibdir,
Yubanıbdır Firəngiz.
Gəlib güzgü önündə
Dayandı qızlar qoşa.
Özlərinə doyunca
Elədilər tamaşa.
Sevil dedi: – Ay nənə,
Görürsənmi, mən ağam!
Firəngiz çimməyibdir,
Demək, ondan qoçağam!
Nənçsi gülə-gülə,
Belə dedi Sevilə:
– Bundan sonra nəvəmi
Çimdirərəm hər səhər.
Görənlər bir ağızdan:
– Nə ağ qızdır! – deyərlər!